Türkiyə Silahlı Qüvvələrinin sabiq Quru Qoşunları komandanı, general-leytenant Aytac Yalman koronavirusdan vəfat edib.
Teleqraf.com xəbər verir ki, generalın xanımı da hazırda koronavirus infeksiyasından müalicə alır.
Bildirilir ki, general ötən həftə İstanbuldakı Sultan Əbdülhəmid Elm və Araşdırma Xəstəxanasında vəfat edib.
Generalın koronavirusdan vəfat etməsi rəsmən elan edilsə, bu, Türkiyədə üçüncü ölün faktı olacaq.
O da bəlli olub ki, general vəfat etməzdən 3 həftə əvvəl İranda olub.