Koronavirusla bağlı 2007-ci ildə yayımlanan bir məqalə yenidən gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, məqalə cənubi koreyalı akademiklər tərəfindən hazırlanıb.
Yazıda “SARS-CoV vari” virusunun “anbarı” sayılan yarasaların Çin mətbəxində geniş şəkildə istehlak edilməsi səbəbindən qorxunc bir virusun dünyanı öz cənginə alması an məsələsidir”, ifadəsinə yer verilib:
“SARS və digər yeni tip virusların heyvanlardan insanlara yoluxması gözardı edilməməlidir. Xüsusən də yarasalardan...”.
“2019-nCoV” virusunun yarasaların böyük həcmdə istehlak edildiyi Çinin Uxan şəhərindən yayıldığı məlumdur. Mütəxəssislərin koronavirusun yayıldığı ilk və sonrakı dövrlərdə olan fikirləri bunun yarasalardan insanlara yoluxması ilə bağlıdır.
Son olaraq, Avstraliya və ABŞ-dan olan elm adamları da bu variantın üzərində dayanır.