Suriyanın İdlib vilayətində rus və türk əsgərlərinin birgə patrul xidməti apardığı M-4 magistral yolunda bu gün patrul xidməti ləğv edilib.
Teleqraf.com xəbər verir ki, buna səbəb hava şəraiti olub.
Bölgədə şiddətli yağışların yağması patrul xidmətinin həyata keçirilməsini mümkünsüz edib.
Təhlükəsizlik qaynaqları rus və türk əsgərlərinin ikinci patrul xidmətinin sabah həyata keçirilə biləcəyini qeyd edib.
Xatırladaq ki, türk və rus əsgərlərinin M-4 magistral yolunda birgə patrul xidməti ötən həftənin bazar günü aparılıb.