Türkiyənin sabiq komandanı Aytaç Yalman koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu barədə ölkə parlamentində çıxışı zamanı deyib.
Nazir bununla birlikdə Türkiyədə koronavirus qurbanlarının sayının 3 nəfərə çatdığını bildirib.
Qeyd edək ki, 80 yaşlı mərhum generalın həyat yoldaşı və yaxınlarının da koronavirus testi pozitiv çıxıb.
Xatırladaq ki, Türkiyədə indiyə qədər 191 nəfər COVİD-19 virusuna yoluxub.