Son iki gündə Çin daxilində koronavirusa (“Covid-19”) yoluxma halı qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Milli Səhiyə Komitəsi açıqlama yayıb.
Açıqlamada Çin daxilində koronavirusa yoluxma halının təsbit edilmədiyi, amma xarici ölkələrdən qayıdan 39 nəfərdə virus aşkarlandığı bildirilib.
Son iki gündə cəmi 3 nəfərin koronavirus səbəbindən həyatını itirdiyi, bunu da virusun mərkəzi sayılan Uhan şəhərində baş verdiyi vurğulanıb.
Ölkə miqyasında itkilərin sayı yanvarın 21-dən bəri ən aşağı səviyyəyə enib. Ötən ilin dekabrından bu yana qeydə alınan itkilərin sayı isə 3248 nəfərdir.
Digər yandan komitə 730 xəstənin müalicə olunaraq evə buraxıldığını, indiyədək bu xəstəlikdən sağalanların sayının 71150 nəfərə çatdığını açıqlayıb.