20 Mart 2020 23:29
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Demokratlar Partiyasının bu il keçiriləcək prezident seçkisindəki sonuncu qadın namizədi Tulzi Qabbard da Co Baydenin lehinə yarışdan çəkilib.

Teleqraf.com xəbər verir ki, o, seçkidə keçmiş vitse-prezident Baydenin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

Qabbarda müharibə əleyhinə çıxışları ilə tanınsa da, namizədliyini dəstəklədiyi Co Bayden ABŞ-ın İraqa hücumunun fəal iştirakçılarından biri olub.

Demokratlar Partiyasında namizədlər arasında gedən yarışda Barni Sanders və Co Bayden üz-üzə qalıb. Bayden hazırkı durumda Sandersdən daha şanslı görünür.

Partiyanın vahid namizədi olacaq şəxs noyabr ayında keçiriləcək seçkidə Respublikaçılar Partiyasının namizədi, hazırkı ABŞ Prezidenti Donald Trampla yarışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər