20 Mart 2020 19:26
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada koronavirus pandemiyası ilə bağlı özünü təhlükədə hiss edən yaşlı və tək yaşayan insanlar aksiyaya başlayıblar.

Publika.az xəbər verir ki, onlar evlərinin pəncərələrindən qırmızı rəngdə parça asaraq kömək istəyirlər. Bildirilir ki, xilasedicilər və təcili yardım briqadaları pencərəsindən qırmızı parçanın asıldığı evlərə baş çəkərək, vətəndaşların problemlərini həll etməyə çalışırlar.

Yerli mənbələrin məlumatına görə, ölkə miqyasında minlərlə insanın aksiyaya qoşulduğu müşahidə edilib. Bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Qeyd edək ki, koronavirus səbəbiylə 400-ə yaxın insanın həyatını itirdiyi Fransada fövqəladə vəziyyət elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər