Ermənistanın paytaxtı Yerevanın "Nork" yoluxucu xəstəliklər xəstəxanasındakı 11 pasiyentdə koronavirus təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
O, qeyd edib ki, intensiv terapiya onlardan yalnız üç nəfərinə tələb olunur.
Ermənistanda koronavirusla mübarizə üçün martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19-a 136 yoluxma halı aşkarlanıb.
Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyində bildiriblər ki, yaranmış vəziyyətə əsaslanaraq, "Nork” yoluxucu xəstəxanasının ixtisası dəyişilib və o yalnız koronavirus pasiyentlərinə xidmət edəcək. Digər yoluxucu xəstəliklərdən əziyyət çəkən pasiyentlər başqa xəstəxanalara köçürülüb.