21 Mart 2020 14:20
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus ən çox yaşlı və xroniki xəstəliyi olan insanlara yoluxur, bundan ən çox ölənlər də belələridir. Bunu heç vaxt yaddan çıxarmayın: ilk növbədə özünüzü, daha sonra ətrafınızdakı yaşlı və xroniki xəstəliyi olan insanları qoruyun”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan insanları gigiyenik qaydalara riayət etməyə çağırıb:

“Sosial məsafəni artırmalı və ən önəmlisi zərurət olmadan evdən çölə çıxmamalısınız. İbadətlərinizi də evdə edin, mümkün qədər qonaq qəbul etməyin, özünüz də qonaq getməyin, vaxtınızı evlərinizdə keçirin”.

Prezidentin səsli mesajı Türkiyədəki bütün mobil telefon operatorlarından başda 50 yaşdan yuxarı olmaqla, bütün vətəndaşların mobil telefonlarına göndərilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər