21 Mart 2020 16:00
3 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ilin birinci yarısında Rusiya Federasiyasına rəsmi səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Ermənistan rəhbəri səfərin aprel-may ayları üçün planlaşdırıldığını və baş nazirlik dövrünün iki ilində ilk rəsmi səfər olacağını söyləyib.

“Hraparak” ilin birinci yarısında keçirilməsi planlaşdırılan Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasının, həmçinin Rusiya parlamentinin spikeri Valentina Matvienkonun İrəvana səfəri təxirə salınıb.

Mənbə Rusiyadan nəzərdə tutulan bütün səfər və görüşlərin ən azı payıza qədər təxirə salındığını yazıb:

“Ermənistan Xarici İşlər Nazirliyindən qəzetimizə bildirilib ki, görüş və səfərlərin təxirə salınmasının səbəbi koronavirusla əlaqəli hazırkı vəziyyətə görə deyil, səfərlər bəzi geosiyasi problemlərə görə ləğv edilib.

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan da qəzetimizə açıqlamasında, Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasının təxirə salındığını təsdiqləyib. Simonyan qeyd etdi ki, bu qərar koronavirusdan əvvəl verilib, səbəb başqadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər