İranın dini lideri Əli Xameneinin təhsil məsələləri üzrə nümayəndəsinin müavini Məhəmməd Mehdi Salehi avtomobil qəzasında həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.
Məlumata görə, martın 12-də Məşhədə səfəri zamanı baş verən avtomobil qəzası nəticəsində ağır yaralanan axund gecə saatlarında vəfat edib.