21 Mart 2020 17:48
2 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Səudiyyə Ərəbistanının neft qiymətlərini aşağı salmaq üçün başladığı şantaj siyasətinə tabe olmayacaq. Rusiya üçün itki nə olursa olsun, Prezident Vladimir Putin geri çəkilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyində dərc olunan məqalədə bildirilib.

Nəşrin bildirdiyinə görə, qarşıdurmaya başlayan Rusiya hakimiyyəti qiymətləri bir barel üçün 20 dollara qədər endirməyə və bunun mənfi iqtisadi nəticələri ilə toqquşmağa hazır idi:

“Kreml əmindir ki, onlar neft müharibəsində qalib gələ biləcək, çünki əvvəlcədən bunun üçün kifayət qədər ehtiyat yaratmışdı. Moskva ondan da əmindir ki, vəziyyətə nəzarəti Səudiyyə Ərəbistanı və tərəfdaşlarından daha uzun müddət saxlaya bilər.

Krallıq uzun müddət Rusiya tərəfindən öhdəliklərin pozulmasına məruz qaldı. Ancaq Moskvanın Səudiyyə Ərəbistanının gündəlik istehsalı azaltmaq təklifindən imtina etməsi qəzəbə səbəb oldu. Buna baxmayaraq, Kreml OPEK-lə əməkdaşlıq üçün hələ də açıqdır”.

Mənbə qeyd edir ki, krallıq tərəfindən rədd edilməsinə baxmayaraq, Rusiyanın OPEK-ə təklifləri qüvvədə qalır.

Nəşr xatırladır ki, yanvar ayında Rusiya və Səudiyyə Ərəbistanı arasında gündəlik neft hasilatının azaldılması ilə bağlı amlaşmanın əldə olunmamasından sonra yanacağın qiymətləri kəskin şəkildə ucuzlaşmaqda davam edir. Rusiya Səudiyyə Ərəbistanının hasilatı azaltmaq təklifini rədd edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Brent markalı neftin bir barrelinin 25 dollar dəyərində olmasının orta müddət üçün fəlakət olmayacağını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər