Türkiyənin Elazığ bölgəsində sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə dəmir yolunun dağ yamacından keçən hissəsində baş verib. Yaralananlardan biri maşinist, digəri qatar nəzarətçisidir.
Qatardakı sərnişinlər təxliyə olunub. Əraziyə ağır texnika və qaldırıcı kranlar cəlb olunub.