Əl-Qaidə terrorçu qruplaşmasının Suriyada fəaliyyət göstərən Nusrə Cəbhəsi İŞİD silahlılarına qarşı mübarizə aparan Qərb ölkələrinə növbəti dəfə xəbərdarlıq edib.
İnternetdə yayımlanan 25 dəqiqəlik videoismarışda qrupun lideri Əbu Məhəmməd əl-Qolani anti-İŞİD koalisiyasına səslənib.
Qrup lideri qeyd edib ki, koalisiya qüvvələri aviazərbələrə son qoymazsa, Yaxın Şərqdə yaşanan münaqişələr qərb ölkələrinə qədər genişlənəcək.
Əl-Qolani, əsasən, Amerika Birləşmiş Ştatlarına hücum edəcəklərini açıqlayıb.
Nihad