22 Mart 2020 12:00
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus nəticəsində 4825 insanın həyatını itirdiyi İtaliyada virusa yoluxanların sayı 42681 nəfərə çatıb. Bu səbəblə İtaliya Baş naziri Cüzeppe Konte özünün Feyzbuk hesabından əhaliyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, İtaliyanın Baş naziri bütün strateji və lazımsız istehsal fəaliyyətlərini dayandırmaq qərarına gəldiklərini bildirib:

"Böhran yaranandan bəri şəffaf davrandıq və əhalidən heç nəyi gizlətmədik. Epidemiya ölkəmizi İkinci Dünya Müharibəsindən bəri ən çətin böhranla üz-üzə qoyub. Tətbiq etdiyimiz tədbirlər ciddidir, lakin alternativimiz yoxdur. Tədbirlərin təsirini görmək üçün vaxt lazımdır. Qaydalara əməl edilməlidir. Evdə qalmalıyıq".

Baş nazir epidemiyanın ölkənin istehsal prosesini yavaşlatsa da, tamamilə dayandırmadığını vurğulayıb: "Bu asan qərar deyil. Biz bütün strateji və lazımsız istehsal fəaliyyətlərini dayandırırıq. Yalnız süni itellekt və milli istehsalla əlaqəli istehsal fəaliyyətlərinə icazə verəcəyik. Supermarketlərə axın etməyinizə ehtiyac yoxdur. Supermarketlər, qida məhsulları satan mağazalar, apteklər, poçt şöbələri və banklar açıq qalacaq".

Baş nazir Kontenin elan etdiyi yeni tədbirlər aprelin 3-dək qüvvədə olacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər