22 Mart 2020 11:03
4 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada fəaliyyət göstərən “Baraka City” xeyriyyə fondu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Teleqraf.com xəbər verir ki, fond müraciətində Ərdoğandan koronavirusla mübarizə aparan tibb işçiləri üçün Fransaya 1 milyon maska göndərməsini xahiş edib.

Məlumatda son zamanlarda Fransada həkim və tibb bacılarının ciddi şəkildə maska çatışmazlığı ilə üzləşdiyi diqqətə çatdırılıb.

Son məlumata görə, 14459 nəfərin koronavirusa yoluxduğu Fransada bu səbəbdən 562 nəfər həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər