Qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Milli Ordusu paytaxt Tripoli şəhərinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın legitim Milli Sülh Hökuməti məlumat yayıb.
Məlumatda Tripoliyə hücumda bir nəfərin həlak olduğu, iki uşağın yaralandığı bildirilib.
Raket zərbələrinin paytaxtda böyük dağıntılar yol açdığı deyilib.