Rusiyada artan koronavirus yoluxma hallarına qarşı Silahlı Qüvvələrdə gigiyena tədbirləri və qırıcı təyyarələrin təlimlərinə strart verilib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi ilə rus ordusunun koronavirusa qarşı mübarizəyə cəlb edilməsinə dair hərbi komandanlığın toplantısı keçirilib.
Toplantıdan sonra Silahlı Qüvvələrdə bu istiqamətdə fəaliyyətə start verilib.
Rus ordusunun bütün hərbçilərinin testdən keçirildiyi, kazarmalar və hərbi hissələrin dezinfeksiya edildiyi bildirilib.
Digər tərəfdən isə dövlətin koronavirusla mübarizə planına dəstək məqsədilə “TU-154” qırıcılarının iştirakı ilə hərbi təlimlərə başlanılıb.