Ukrayna Elmlər Akademiyası lazımlı tədbirlərin görülməməsi vəziyyətində 22.2 milyon insanın koronavirus pandemiyasına yoluxacağı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, akademiyanın təqdim etdiyi hesabatda pandemiyanın sürətlə Ukrayananı ələ keçirdiyinə diqqət çəkilib.
Ukraynalı elm adamları koronavirusdan ən çox paytaxt Kiyev şəhərinin zərər görə biləcəyini ehtimal edir.
Ukraynada artıq fövqaladə vəziyyət elan edilib, ictimai nəqliyyatın dayandırılması və parkların bağlanılması haqda qərar qəbul olunub. Habelə ərzaq dükanlarına girişin məhdudlaşdırılması qərarı verilib.
Ukraynada indiyədək 47 yoluxma halı qeydə alınıb, 3 xəstə həyatını itirib. Ölkə sərhədləri xarici ölkələrin vətəndaşlarına bağlanıb, hava limanlarının fəaliyyəti tamamilə dayandırılıb.
Son statistik rəqəmlərə görə, Ukrayna əhalisinin sayı 37 milyon 289 min nəfərdir. Rusiya tərəfindən işğal edilmiş Krım və Donbas bölgələrində yaşayan əhali bura daxil deyil.