22 Mart 2020 23:25
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada koronavirusla mübarizə çərçivəsində insanların toplaşması qadağan edilib.

Teleqraf.com xəbər verir ki, qərar bazar günü Almaniya kansleri Angela Merkelin əyalət baş nazirləri ilə keçirdiyi telekörpü ilə görüşdə qəbul edilib.

İki həftə qüvvədə qalacaq qərara görə, iki nəfərdən artıq insanın görüşü qadağan edilib. Ailələr, həyat yoldaşları, peşə səbəbilə məcburi görüşlər, ictimai nəqliyyat və yaslar xaric hər kəs bu qadağaya əməl etməlidir.

Eyni zamanda, ölkədə fəaliyyət göstərən restoranların müvəqqəti bağlanılmasına qərar verilib. Bu qərar evlərə çatdırılma xidmətinə şamil olunmur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər