Almaniya Kansleri Angela Merkel ev karantininə alınır.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
Ş.Zaybert bildirib: "Bu gün mətbuat qarşısında çıxışından sonra Kanslerə bildirilib ki, cümə günü onunla təmasda olan həkimin koronavirus testinin cavabı müsbət çıxıb".
Onun sözlərinə görə, Kansler təcili olaraq ev karantininə yollanmağı qərara alıb.
Rəsmi nümayəndə əlavə edib ki, A.Merkel öz xidməti vəzifələrini evdən həyata keçirəcək.