Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 9 nəfər dünyasını dəyişib.
Teleqraf.com-um məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, ölkə ərazisində daha 289 nəfər yeni koronavirusa yoluxub.
Xatırladaq ki, daha əvvəl Türkiyədə yeni növ koronavirusa 947 nəfərin yoluxduğu, 21 nəfərin isə öldüyü deyilirdi.