Amerika administrasiyası koronavirusun yayılması ilə mübarizədə İrana, Koreya Xalq Demokratik Respublikasına və başqa ölkələrə kömək göstərmək hazırlığını qoruyub saxlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.
"Bəli, çox ölkələrə. Əgər kömək lazımdırsa, onda biz onlara kömək edəcəyik. Şimali Koreyaya, İrana. Yeri gəlmişkən, həmçinin başqalarına", - ABŞ lideri deyib.
Tramp həqiqətənmi Şimali Koreyanın rəhbərliyinə müraciət etməsi barədə suala müsbət cavab verib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina məktub göndərib.
Məlumata görə, Donald Tramp Kim Çen Ina koronavirusla mübarizədə kömək etməsini təklif edib.