23 Mart 2020 18:36
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Milli Olimpiya Komitəsi ölkəni təmsil edən komandanı 2020-ci ilin yayında Tokioda keçiriləcək yay olimpiya oyunlarına göndərməməklə bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, komandanın mətbuat xidmətinin yaydığı məlumata görə, bu qərar pandemiya ilə əlaqədar olaraq olimpiya, paralimpiya komitələri, idmançılar komissiyası, həmçinin, ölkə hökuməti ilə birgə qəbul edilib.

Beləliklə, Kanada komandası Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından imtina edən ilk ölkə olub.

Bundan əvvəl bir sıra milli və beynəlxalq idman federasiyaları 2020-ci il 24 iyul-9 avqust tarixlərində keçiriləcək Tokio olimpiya oyunlarının vaxtının dəyişdirilməsi təklifi ilə çıxş ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər