Koronavirus infeksiyası İranda 6 yaşlı uşağın ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, həmin uşağın eyni zamanda lakemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ölüm hadisəsinin Xorasan əyalətində qeydə alındığı bildirilir.
Bundan öncə İranda 3 yaşlı bir uşağın da koronavirusun qurbanı olduğu bildirilmişdi.
Xorasan Tibb Elmləri Universitetinin yaydığı açıqlamada hazırda əyalətdə 189 nəfər koronavirus xəstəsinin olduğu da bildirilib.