24 Mart 2020 14:25
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 23-də Ermənistanda 41 yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb.

Beləliklə, ölkədə koronavirusa yoluxan xəstələrin sayı 235-ə çatıb, iki xəstə sağalıb, xəstəliyin aktiv dövrünü yaşayanların sayı 233-dür.

N.Paşinyan qeyd edib ki, 26 xəstədə ağciyərlərin soyuqdəyməsi var, əksəriyyəti qızdırma belə keçirmir.

Onun sözlərinə görə, insidentlərin miqyası və coğrafiyası narahatlıq doğurur.

N.Paşinyan qeyd edib ki, bununla əlaqədar respublikada daha sərt karantin tədbirləri görüləcək.

Martın 24-dən etibarən çatdırılma xidmətləri istisna olmaqla, bütün növ restoran və kafelərin fəaliyyəti bir həftəlik qadağan ediləcək. Qadağa bəzi tikinti müəssisələrini, toxuculuq istehsalçılarını və bir sıra yüngül sənaye sahələrini də əhatə edəcək.

N.Paşinyan fəaliyyəti dayandırılmış sahələrin tam siyahısının dərc olunacağını bildirib. Qeyd edib ki, qadağa ərzaq mağazalarının fəaliyyətinə və məhsul istehsalına təsir etməyəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər