Penza vilayətinin Nijni Lomov şəhərində fərdi yaşayış evində baş verən yanğında 7 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yenilənmiş məlumata görə, yanğında üç uşaq və dörd yetkin insan həlak olub”, – “RİA Novosti” nazirliyin nümayəndəsindən sitat gətirir.
Xilasedicilər yanğın baş verən evə gələrkən, evin içərisində açıq alov və güclü tüstü müşahidə ediblər.