29 Sentyabr 2014 11:08
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Qaidə" terror təşkilatının Xorasan lideri Möhsün Əl-Fadlinin öldürüldüyü təsdiqlənib.

Teleqraf.com cumhuriyet.com-a istinadən verdiyi xəbərə görə, Əl-Fadli ABŞ-ın təşkil etdiyi hava hücumu zamanı həyatını itirib. Xəbəri "Əl-Qaidə" təşkilatı da təsdiqləyib.

Qeyd edək ki, ABŞ mətbuatı Xorasan təşkilatının “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından daha təhlükəli olduğunu bildirib. Analitiklər isə ABŞ-ın keçmiş prezidenti Corc Buşun 2005-ci il çıxışlarında adını çəkdiyi Fadlinin və Xorasan təşkilatının İŞİD-in taxtına oturacağı proqnozunu veriblər.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər