25 Mart 2020 21:00
10 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ankaradakı səfirliyi Türkiyədən qayıdacaq turistlərlə bağlı qəbul edilən qərarı açıqlayıb.

Teleqraf.com xəbər verir ki, səfirliyin məlumatında Türkiyədən gələn vətəndaşların koronavirusla əlaqədar iki həftə karantində saxlanılmayacağı bildirilir.

Əvəzində vətəndaşların bu müddət ərzində evdə qalmaları tövsiyə edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyədəki rus turistlərə geri qayıtmaları barədə çağırış etmişdi.


Müəllif: Teleqraf.com