26 Mart 2020 00:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 60 min nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 min 115 yoluxma halı qeydə alınıb, 827 nəfər virus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.


Müəllif: Teleqraf.com