Türkiyədə yeni növ koronavirusan (COVİD-19) daha 15 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 5035 testin cavabı çıxıb, onlardan 561-i müsbət olub.
Nazir bildirib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 59 nəfərə çatıb.
Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 2433 nəfərə bərabərdir.