26 Mart 2020 19:57
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

Onun sözlərinə görə, martın 25-də reanimasiya şöbəsində olan 72 yaşlı şəxs həyatını itirib.

Martın 26-na olan rəqəmlərə görə, Ermənistanda 290 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, koronavirus Ermənistan ordusuna da yayılıb. Müdafə naziri David Tonoyan 3 hərbçi qulluqçunun koronavirusa yoluxduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com