26 Mart 2020 22:59
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, diplomatın XİN-ə dəvət olunmasının səbəbi Rusiya KİV-lərində İtaliyaya yardım aparan Rusiyaya məxsus təyyarələrə Polşa hava məkanından keçməsinə qadağa qoyulması barədə yayılan xəbərlərlə bağlıdır.

Səfirin sözlərinə görə, Polşa XİN Rusiyaya nota təqdim edib. Sergey Andreyev qeyd edib ki, məsələ ilə bağlı Rusiya tərəfinin heç bir müraciəti olmayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər