Dünyada Koronavirusun yayılma coğrafiyası getdikcə artır.
Teleqraf.com xəbər verir ki, son statistikaya əsasən ABŞ-da epidemiya qurbanlarının sayı 82179 nəfərə yüksəlib.
Bir gün ərzində koronavirus səbəbilə 131 nəfər dünyasını dəyişib, ölənlərin ümümi sayı 1177 nəfərə çatıb. Virus ən çox ABŞ-ın Nyu-York əyalətində yayılıb. Burada 37738 nəfərdə virus aşkarlanıb, 385 insan isə həyatını itirib.
Bu rəqəmlərə əsasən, ABŞ infeksiyaya yoluxmada Çin, İtaliya və İspaniyanı geridə qoyub.
Xatırladaq ki, Çində 81285 insan, İtaliyada isə 80589 insan koronavirusa yoluxub.