Ötən gün ərzində Ermənistanda koronavirusa yoluxma hallarının sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi bildirib.
"Ermənistanda koronavirusa 320 yoluxma hadisəsi təsdiq edilib, 18 pasiyent sağalıb. Bir nəfər öldü”, - deyə xəbərdə bildirilir.
Daha əvvəl 290 yoluxmanın təsdiqləndiyi və COVID-19-dan 1 nəfərin öldüyü bildirilirdi.
Dünyada infeksiyaya 465 915 yoluxma təsdiq edilib, 21 031 xəstə virusun qurbanı olub. COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.//Report