Dünya Müsəlman Alimlər Birliyi dünya hökumətlərinə yeni tip koronavirus epidemiyasının yayılması səbəbindən məhkumlatrı azadlığa buraxmasına dair çağırış edib.
Teleqraf.com xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyi bununla əlaqədar xüsusi açıqlama ilə çıxış edib.
“Birlik bütün hökumətlər tərəfindən təzyiqlərə məruz qalan məhbusları və eyni zamanda, saxlanıldıqları yerdə koronavirusa yoluxma riskini nəzərə alaraq azadlığa buraxılması çağırışını edirik”,- Dünya Müsəlman Alimlər Birliyinin müraciətində qeyd edilib.
Açıqlamada eyni zamanda koronavirusa qarşı hər bir ölkədə səhiyyə qurumları tərəfindən verilən qərarlara qetyri-şərtsiz əmək edilməsi və iş birliyi atmosferinin yaradılmasının vacibliyi vurğulanır.