27 Mart 2020 19:39
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Boris Consonun koronavirus testi müsbət çıxdıqdan sonra, İngiltərənin Səhiyyə naziri Matt Hancock'un koronavirus testi cavabları da müsbət olub.

Teleqraf.com xəbər verir ki, İngiltərənin baş naziri Boris Conson koronavirus testinin nəticəsi barədə açıqlama verib:

"Test nəticəm müsbət oldu, özümü karantinə götürdüm. Virusla mübarizə aparacağam və nazirlər kabinetini telekonferansla idarə edəcəyəm".

Baş nazirdən sonra səhiyyə nazirinin də koronavirusa yoluxduğu açıqlandı. Bundan başqa, şahzadə Çarlzın də test nəticələri müsbət çıxıb və İngiltərə vəliəhdinin koronavirusa yoluxduğu təsdiqlənib. Şahzadə Çarlzın ofisindən verilən açıqlamada, 71 yaşlı taxt varisinin yüngül simptomları olduğunu, songünlər evdən işlədiyi və bunun xaricində sağlam olduğu bildirilib.

Xatırladaq ki, bu günə qədər İngiltərədə 11658 nəfər koronavirusa yoluxub. Onlardan 578 nəfər həyatını itirib.


Müəllif: Aysel Azad