Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası bu gün Strasburqda öz işinə başlayır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, sessiyada Ukraynadakı böhran, “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə, həmçinin regional və regionlararası məsələlər müzakirə olunacaq.
Məlumatlara görə, Rusiya ikinci dəfə AŞPA-nın sessiyasında iştirak etməyəcək. Buna səbəb AŞPA-nın yaz sessiyasında Krımdakı gərginliyə və Ukrayna böhranına görə Rusiyanın 2014-cü ilin sonuna qədər sessiyadakı çıxışlarına qoyulan qadağadır.
Samir