27 Mart 2020 23:45
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 995 nəfərə çatıb:

“Son 24 saatda ölkədə 3 809yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 32 964-ə çatıb”.

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər