Türkiyədə yeni koronavirusun yayılmasının qarşısını almaq üçün yeni tədbirlər görüləcək.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, bütün beynəlxalq uçuşlar tamamilə dayandırılıb və şəhərlərarası səyahət yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənməlidir:
"Bütün əyalətlərimizdə qubernatorların rəhbərliyi altında pandemiya ilə mübarizəsi üzrə komissiyası yaradılacaq və komissiya lazım gələrsə əlavə tədbirlər görəcək".