Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 372-yə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
“Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb. 1 nəfər ölüb, 28 nəfər isə sağalıb”, - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, hazırda 343 nəfər müalicə altındadır.