Alman ordusu koronavirus epidemiyası ilə mübarizədə federal torpaqların rəhbərliyinə dəstək məqsədilə 15 min əsgəri səfərbər edəcək. İlkin məlumata görə, 15 min əsgər komendat saatına yuridiksiyasının sərhədlərini aşmamaq şərti ilə nəzarəti həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri general-leytenant Martin Şelleis mətbuat konfransında bildirib.
General deyib ki, gələn həftə təcili yardım tələbləri səbəbindən 4 bölgədə koordinasiya mərkəzi qurulacaq.
Əsgərlər əsasən tibbi anbarların qorunması, sanitariya problemləri, səyyar xəstəxanalar, təcili xilasetmə, sınaq mərkəzlərinin yaradılmasında iştirak edəcək.
Xidmətə başlayacaq 15 min ordu personalı eyni zamanda küçələrə çıxmaqla bağlı qadağalara nəzarət edəcək.