28 Mart 2020 15:28
2 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın legitin hökumətinə bağlı olan qüvvələr qiyamçı general Xəlifə Haftarın Sirt yaxınlığındakı əməliyyat mərkəzinə hava zərbələri endirib.

Teleqraf.com-un məlumatına görə, Liviya Milli Birlik Hökumətinin hərbi qərargahı bildirir ki, qiyamçı generalın paytaxt Tripolinin şərqindəki Sirt yaşayış məskəni yaxınlığındakı Veşka bölgəsində yerləşən əməliyyat mərkəzi dağıdılıb.

Xatırladaq ki, qiyamçı Haftar koronavirusla mübarizə məqsədilə atəşkəs çağırışlarına müsbət cavab versə də, ona bağlı qüvvələr paytaxt Tripoli ətrafını bombalamaqda davam edirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər