Atəşkəs dövrü ərzində Ukraynanın şərqində mindən çox yerli hərbçi azad edilib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko deyib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər ölkənin sərhədlərində etibarlı müdafiə xəttini qurublar: “Biz bu gün şəhərlərin, kəndlərin və qəsəbələrin təhlükəsizliyini təmin etməyə qadirik”.
Prezident qeyd edib ki, xüsusi diqqət Mariupolun müdafiə və təhlükəsizliyinə ayrılıb: “Mariupol Ukraynanın olub və olacaq”.
Daha əvvəl şənbə günü Poroşeko Ukraynanın şərqində rusmeylli separatistlər tərəfindən girov götürülmüş 12 hərbçinin azad edildiyini açıqlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.