Kanadanın baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudo koronavirusdan tam sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin xanımı “Facebook”dakı səhifəsində yazıb.
"Özümü daha yaxşı hiss edirəm. Tibbi müayinənin müsbət nəticəsini aldım", - deyə o, “Facebook”da yazıb.
Sofi Qrequar Tryudo hər kəsə verdikləri dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, baş nazirin xanımında iki həftə əvvəl koronavirusun əlamətləri aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb.