29 Sentyabr 2014 12:49
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində metro qəzası baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzanın Seyrantəpə rayonunda metronun hərəkəti zamanı dəmir parçasının birinci vaqona ilişməsi nəticəsində meydana gəldiyi bildirilir.

Dəmir parçası sərnişinlərdən birinə sancılaraq, ayağını kəsib.

Hadisə yerinə çox sayda təcili yardım və səhiyyə briqadası sövq edilib. Hadisədən sonra maşinistin müraciəti ilə təşviş içində olan sərnişinlər təxliyə olunub.

Hadisə ilə bağlı hələlik məlumat verilmir.

Samir


Müəllif:

Oxşar xəbərlər