29 Mart 2020 10:42
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hessen əyalətinin Maliyyə naziri Tomas Şeferin cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, federal ərazinin 54 yaşlı nazirinin meyiti sürətli qatar xəttinin relsi yaxınlığında aşkar edilib.

Şahidlərin sözləri və istintaqın ilkin qənaətinə əsasən, hüquq-mühafizə orqanları Şeferin intihar etdiyi ehtimalını irəli sürülüb.

Evli və iki övladı olan Tomas Şefer 2010-cu ildən bəri əyalətin maliyyə nziri vəzifəsində çalışıb. Alman mətbuatının yazdığına görə, Şefer əyalətin Baş naziri postuna real namizəd idi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər