29 Mart 2020 12:14
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda iki nəfər koronavirus səbəbindən həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan açıqlama verib.

Nazir ölənlərdən birinin 55 yaşlı bir qadın və 73 yaşlı bir kişinin olduğunu bildirib.

Beləliklə, Ermənistanda koronavirus xəstəliyindən ölənlərin sayı 3-ə çatıb, 13 nəfər isə ağır vəziyyətdədir.

Ermənistanda COVID-19 yoluxması hadisələrinin sayı 407-yə çatıb. Ölkədə fövqəladə hal elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu