İşğal edilmiş Donbas bölgəsindəki separatçı qüvvələr Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Məlumata görə, atəşkəsin pozulması nəticəsində yaranan silahlı qarşıdurmada separatçıların iki hərbçisi yaralanıb.
Donbas 2014-cü ildə Rusiya hərbi qüvvələrinin yardımı ilə Ukraynadan ayrıldığını elan edib. Bölgədə “müstəqilliklərini” elan edən Luqansk və Donetsk qondarma respublikaları dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
BMT-nin son məlumatına görə, bu günədək bölgədə 13 minə yaxın insan qarşıdurmanın qurbanı olub.