29 Mart 2020 13:33
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahunun COVİD-19 epidemiyası səbəbindən Almaniyadan süni tənəffüs aparatı tələbini Kansler Angela Merkel rədd edib.

Teleqraf.com bildirir ki, belə iddialarla İsrail mətbuatı çıxış edib.

İddia edilib ki, Baş nazir Netanyahu bir müddət əvvəl telefonla müzakirə apardığı Merkeldən ölkəsi üçün süni tənəffüs avadanlığı istəyib. Amma Merkel bu təklifə müsbət reaksiya göstərməyib. Bununla belə söhbətin detalları açıqlanmayb.

Xatırladaq ki, Binyamin Netanyahunun ofisi ötən gün açıqlama yayaraq Baş nazirin Almaniya Kansleri Angela Merkellə telefonla danışdığını bildirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər